Millət vəkili: "Prezidentin müsahibəsi bir çox ölkədə böyük marağa səbəb oldu"

SİYASƏT
15:36 / 22.01.2026
53

“Azərbaycan da daxil olmaqla hər bir ölkə sərhədləri boyu sabitlik haqqında düşünməlidir”.  

Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bizdə ölkə daxilində potensial risklər mövcud deyil:

"Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük".

Qeyd edək ki, Azərbaycan bu gün daxili ictimai-siyasi sabitliyin tam bərqərar olduğu ölkələrdən biri olsa da, qlobal və regional təhdidlər hər zaman ayıq-sayıq olmağı tələb edir. Dövlət başçısının da vurğuladığı kimi, ölkəmiz üçün potensial risk mənbəyi daxildə deyil, məhz sərhədlərimizdən kənarda formalaşa bilən proseslərdə axtarılmalıdır. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fikirləri dövlət quruculuğunun əsas faktlarından biridir:

390255

"Hər bir ölkənin sərhədləri daxilində sabitliyin olması həmin ölkənin apardığı siyasətdən asılıdır. İlk növbədə, ölkə daxilində sabitlik, milli birlik olmalıdır, dövlət isə öz üzərinə düşən vəzifələri icra etməlidir. Qonşu dövlətlərlə yaxşı münasibət qurmalıdır".

Deputat əlavə edib ki, ticarət və birgə layihələrin həyata keçirilməsi normal hal kimi davam etməlidir:

"Beynəlxalq birlikdə sülh, əmin-amanlıq  siyasəti həyata keçirilməlidir. Ölkə başçının bu fikri Azərbaycanın reallığı deməkdir. Hər kəsə bəllidir ki, Prezident İlham Əliyevin dedikləri ilə etdikləri eynidir. Hesab edirəm ki, ölkə başçısının “Euronews” televiziyasına müsahibəsi bir çox dövlətdə böyük marağa səbəb oldu".

Sevinc

0