Deputat: "Prezidentin "Qardaşlıq Mükafatı"na layiq görülməsi ona verilən yüksək qiymətin göstəricisidir"

SİYASƏT
12:55 / 05.02.2026
131

Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilib.

Üstəlik, təqdimolunma mərasimi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olub. Builki mükafatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilməsi həm region, həm də dünya diplomatiyası üçün xüsusi rəmzi məna kəsb edir. 

Müstəqil beynəlxalq münsiflər heyətinin qərarı ilə dövlət başçısının bu ali mükafata layiq görülməsi, onun Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində nümayiş etdirdiyi qətiyyətli iradənin və humanitar səylərin beynəlxalq səviyyədə etirafıdır. Mərasimdə iştirak edən nüfuzlu dövlət xadimləri və mütəxəssislər vurğulayıblar ki, 2026-cı ilin laureatlarının seçilməsi dialoq mədəniyyətinin münaqişələrin həllində ən təsirli vasitə olduğunu bir daha sübut edir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevə Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi ona dünya birliyində verilən yüksək qiymətin göstəricisidir:

391288

"Mükafatın təntənəli şəkildə Azərbaycan Prezidentinə təqdim olunması dünya ölkələrinin gündəmindədir. Belə ki, həmin təqdimat mərasimində iştirak beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri bu təntənəli anı ictimailəşdirib, öz ölkələrində yayımlayırlar. Namizədlər müəyyənləşdirilərkən onların fəaliyyəti, fəaliyyətlərinin proseslərə təsiri ciddi şəkildə araşdırılır".

Millət vəkili vurğulayıb ki, həmin mərasimdə Prezident İlham Əliyev haqqında səsləndirilən yüksək fikirlər bir daha liderimizin o mükafata layiq olduğunu sübut edir:

"Eyni zamanda, Azərbaycanla dost ölkələrin, türk dövlətləri liderlərinin Prezidentimizə təbrik ünvanlanması da bizim yolumuzun düzdür və uğurlu olduğunun təzahürüdür. Bu, ölkə daxilində stabillik və inkişafdan, beynəxalq dairələrdə isə Azərbaycanın bütün problemlərinin həllinə müsbət nəticəsə verməsindən xəbər verir".

Günel

0