Vens: "Prezident İlham Əliyevə böyük təşəkkür düşür"

SİYASƏT
19:55 / 10.02.2026
88

"Biz çalışırıq ki, iki ölkə hansı bir toqquşma yenidən başlamasın xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik".

APA xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

 

Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib: “Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.

Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.

0