Ramiz Mehdiyev və şəbəkəsinin vətənə XƏYANƏTİ

SİYASƏT
11:16 / 13.02.2026
178

Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun xəyanəti, habelə, qanunsuz vəsaitləri leqallaşdırması ilə bağlı çoxsaylı faktlar görüntülər, səs yazıları yayımlayıb. Yayımlanmış materiallarda R.Mehdiyevin və onun qurduğu şəbəkənin ölkəyə necə xəyanət etdiyi açıq şəkildə göstərilir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Hit.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimlinin cinayətlərinin ifşa olunması Azərbaycan dövlətçiliyinin xilas edilməsi deməkdir:

"Bəzi məsələlər açıq şəkildə ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Yəni hər kəs başa düşməlidir ki, bu üçlüyün xəyanəti təkcə dövlətçiliyə deyil, hər bir Azərbaycan vətəndaşına qarşı edilmiş xəyanətdir. Nəzərə almaq lazımdır ki, dövləti quran xalqdır. Dövləti imperialist mərkəzlərə təslim etmək xalqa və onun hər bir nümayəndəsinə qarşı yönəlmiş xəyanət sayılır. Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimli siyasi baxımdan fərqli qütbləri təmsil etsələr də, vətənə qarşı yönəlmiş niyyətlər onları birləşdirən ortaq məqamlardır".

391893

Millət vəkili qeyd edib ki, bu proses bir daha ölkənin ərazi bütövlüyü və suverenliyi daim xarici qüvvələrin təhdidi altında olduğunu göstərir:

"Üstəlik, həmin qüvvələrin müxtəlif agentura şəbəkələrinin Azərbaycanın vəzifələrinə və siyasi sistemin müxtəlif qütblərinə yerləşdirildiyi iddia olunur. Məsələn, Əli Kərimlinin qərb, şimal və cənub qüvvələri ilə əməkdaşlığa hazır olduğu deyilir. Həmçinin, sosial şəbəkələrdə demokratiya və insan hüquqları mövzusunda çıxışlar edən Fuad Qəhrəmanlı və Qənimət Zahid kimi şəxslər də rüşvət və digər qanunsuz əməllərdə ittiham edilirlər. Onların hər biri törətdikləri cinayətlərə görə qanun qarşısında cavab verməlidirlər. Dövlət Təhlükəsizlik Xidmətinə isə səs yazıları və video materialların kimi detallı faktları ictimaiyyətə təqdim etdiklərinə görə təşəkkür edirik".

Günel

0