İki ölkənin prezidenti Azərbaycana səfər edəcək

SİYASƏT
18:00 / 25.02.2026
61

Monteneqro və Şimali Makedoniya prezidentləri Yakov Milatoviç və Qordana Silyanovska-Davkova Azərbaycana səfər edəcəklər.

"Report"un Balkan bürosunun məlumatına görə, səfərlər mart ayında baş tutacaq.

Onlar Bakıda martın 12-14-də keçiriləcək XIII Qlobal Forumda iştirak edəcəklər.

0