Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama

SİYASƏT
10:31 / 26.02.2026
58

“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. 

Nazirin sözlərinə görə, bu tədbirin özünün formatı var: “Həmin format kontekstində hansı dövlətlərin dəvət edilməsi də müəyyən ediləcək. Bu tədbirə Azərbaycanla əməkdaşlığı olan, dəstəyə ehtiyacı olan ölkələr dəvət edilir. Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur”. 

0