Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

SİYASƏT
14:41 / 02.03.2026
53

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

HİT.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

"Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik", - səfirliyin açıqlamasında bildirilib.

0