Fransanın Azərbaycandakı səfiri Sofi Laqutt İrandan təxliyələrdə köməyinə görə rəsmi Bakıya təşəkkür edib.
Hit.az xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Vətəndaşımız üçün göstərdikləri çox səmərəli və operativ yardıma görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik", - deyə o bildirib.
Qeyd edək ki, martın 1-dən bu gün saat 17:00-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən bir Fransa, 13 Tacikistan, 21 Azərbaycan, 50-yə yaxın Rusiya, 35 Pakistan, 65-ə yaxın Çin vətəndaşının keçidi təmin olunub.


