Prezident İlham Əliyev: "Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır"

SİYASƏT
15:05 / 03.03.2026
48

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.

Hit.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.

“Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik”, dövlət başçısı vurğulayıb.

0