“Güney Azərbaycanlılar baş verən hadisəyə biganə qalmayacaqlar”

SİYASƏT
15:23 / 05.03.2026
101

“İrandan Naxçıvana qarşı dron hücumu yolverilməz, qonşuluq və humanitar prinsiplərin tamamilə pozulmasıdır”.

Hit.az xəbər verir ki, bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

O bildirib ki, vurulan ərazi mülki bir aeroportdur:


“Hərbi infrastruktur deyil, sadə insanların gediş-gəliş yeridir. Baş verən hadisəni nəbz yoxlaması da saymaq olar. Azərbaycan müharibə başlayandan qonşuluq prinsipinə sadiq qalıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisindən üçüncü tərəflər istifadə etməyəcək və bu mövqeyində də öz ardıcıllığını qoruyub. Belə bir halda İran tərəfinin Azərbaycana yönəlik hərəkəti onu göstərir ki, mövcud İran bunu dəyərləndirməkdə  çox acizdir”.

Ekspert qeyd edib ki, İran Azərbaycana qarşı illər əvvəl formalaşmış mövqeyindən geri çəkilməyib:
“Naxçıvana hücum bunun aydın göstəcisidir. Bizim İranda olan milyonlarla soydaşımız - Güney Azərbaycanlılar da baş verən hadisəyə biganə qalmayacaqlar. Hələ rəsmi şəkildə mövcud olan İran rejimi bunu da gözdən qaçırmamalıdır. Azərbaycan dövləti cavab hüquqlarına malikdir. Ərazimizin, infrastrukturların qorunması, vətəndaşlarımızın müdafiəsi müstəsna hüquqdur və təbii ki, məqsədli və ardıcıl addımlar atılarsa, rəsmi Bakı adekvat tədbirlər görəcəkdir. Çünki baş verən hadisə beynəlxalq hüquq pozuntusu və ölkəmizə qarşı qəsddir”.

0