Prezident: “Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi”

SİYASƏT
16:23 / 05.03.2026
154

“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir”.

Hit.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib. 

“Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”, - dövlət başçısı qeyd edib.

0