Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna yeni üzv əlavə edilib

SİYASƏT
23:54 / 09.03.2026
44

Gürcüstan parlamentinin deputatı Salome Cincolava Azərbaycanla dostluq qrupuna yeni üzv əlavə edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın bürosu Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin təqdimatı əsasında qərar qəbul edib.

Bununla dostluq qrupunun üzvlərinin sayı 32-yə çatıb.

Salome Cincolava hakim “Gürcü Arzusu” partiyasını təmsil edir.

Qeyd edək ki, qrupun rəhbəri Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvilidir.

0