XIII Qlobal Bakı Forumu: “Çox böyük əhəmiyyəti var”

SİYASƏT
13:23 / 12.03.2026
190

“XIII Qlobal Bakı Forumunun keçirilməsi çox əhəmiyyətlidir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün dünyada dialoqa həddindən artıq dərəcədə ehtiyac var:


“Son hadisələr açıq şəkildə göstərdi ki, dünyada gedən proseslərə hələ də müxtəlif mövqelərdən yanaşırlar. Bir çox qüvvələr güc amilindən danışmağa çalışırlar. Bölgədə və dünyada baş verən müharibələ hələ də güc mövqeyindən danışmaq istəyənlərin olduğunu göstərir. Dialoqa gəlmək istəmirlər, amma nəticə də əldə edə bilmirlər. Ona görə də bu cür dövlətlərarası dialoqa çox böyük ehtiyac var”.

Siyasətçi vurğulayıb ki, bəlkə də dünyada buna oxşar başqa bir dialoq formatı yoxdur:
“Buna görə də Qlobal Bakı Forumunun müstəsna əhəmiyyəti var. Üstəlik, bu forum zamanında Azərbaycan rəhbərliyinin ideyası ilə ortaya çıxdı. Ölkəmiz bu beynəlxalq səviyyəli plaformaların birinin təşkilatçısıdır. Forumda digər ölkələrdən də tanınmış siyasi və ictimai xadimlər, elm adamları iştirak edirlər. 

Belə görkəmli insanların bir platformaya yığışıb aktual məsələləri müzakirə edərək, ortaq məxrəc tapmağa çalışmaları çox müsbətdir. Ortaq məxrəc isə dünyanı böyük fəlakətlərdən və nüvə müharibəsindən xilas etməkdir. Artıq Üçüncü Dünya müharibəsinin astanasındayıq. Onun bir çox əlamətləri hiss olunur. Ona görə də bu cür dialoqların aparılması vacibdir”.

Akif Nağı diqqətə çatdırıb ki, Forumda siyasətçilər, ictimai xadimlər və elm adamlar dünya üçün ortaq mövqe formalaşdırmağa çalışırlar:
“XIII Qlobal Bakı Forumunda da dünyanı bürüyən təhlükələrin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılır. Dövlətlər ən azından öz xalqlarını potensial təhlükələrdən xilas etmək üçün belə platformalarda bu müzakirələri aparmalıdırlar. 

Hesab edirəm ki, növbəti dəfə bu Forumun keçirilməsi aktualdır. Şübhəsiz ki, XIII Qlobal Bakı Forumu müasir dünyada olan problemlərin həlli və qarşıdurmaların aradan qaldırılması istiqamətində öz töhfəsini verəcək”.

Elmir Mustafa

0