Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə edib

SİYASƏT
12:30 / 14.03.2026
52

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.

Hit.az xəbər verir ki, Prezidentin köməkçisi bu barədə “X” hesabında yazıb.

Hikmət Hacıyevin sözlərinə görə, görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələrinə xüsusi diqqət yetirilib.

 

0