Deputat: “Azərbaycan regionda mühüm tranzit mərkəzi kimi çıxış edir”

SİYASƏT
11:05 / 06.04.2026
128

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində üzv ölkələrlə iqtisadi əlaqələrin güclənməsi Azərbaycan üçün yeni imkanlar açır. 

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu əməkdaşlıq ticarət dövriyyəsinin genişlənməsi ilə yanaşı, qarşılıqlı investisiya axınının artmasına səbəb olur. Nəticədə, ölkənin ixrac potensialı yüksəlir, iqtisadi sabitlik möhkəmlənir və regional bazarlara çıxış imkanları daha da genişlənir.

Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ticarət və iqtisadi sahələrdə əlaqələrini davamlı olaraq inkişaf etdirir: 

395861

“Üstəlik, bu ölkələrlə qarşılıqlı sərmayə qoyuluşunun həcmi də artır. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələr iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxarır. Həmçinin, nəqliyyat və logistika imkanlarının genişlənməsi də tərəflər arasındakı ticarət əlaqələrinə müsbət təsir göstərir. Azərbaycan regionda mühüm tranzit mərkəzi kimi çıxış edir. Əlbəttə ki, bu da yükdaşımalarının artmasına səbəb olur”.

Millət vəkili vurğulayıb ki, bütün bu amillər ticarət dövriyyəsinin yüksəlməsinə və iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verir:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin genişlənməsi Azərbaycanın iqtisadi inkişafına əlavə imkanlar yaradır. Bu da öz növbəsində gələcək əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır”.

Günel Cəlilova

0