Asim Mollazadə seçicilərlə onlayn görüş keçirib

SİYASƏT
20:01 / 30.05.2020
1112

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu gün seçicilərlə onlayn görüş keçirib. Koronavirus pandemiyası səbəbindən seçicilərlə internet vasitəsilə əlaqə saxlamaq məcburiyyətində qalan millət vəkili, onların şikayətlərini dinləyib.

Seçicilər deputata sosial müavinətlərin alınması zamanı qarşılaşdıqları problemlərdən, yeni tikilən binalarda mənzil alarkən inşaat şirkətlərinin qanunsuz hərəkətləri ilə üzləşmələrindən, xaricdə təhsil alıb ölkəyə qayıdan övladlarının işsiz qalmasından və xaricdə təhsil alan, koronavirusla bağlı ölkəyə gətirilən tələbələrin imtahan sessiyası dövründə təhsil aldıqları ölkəyə geri qayıda bilmədiklərindən şikayətləniblər.

Asim Mollazadə seçicilərin şikayətlərini qeydə alaraq, bu barədə müvafiq instansiyalara sorğu göndərəcəyini və problemlərinin həllində onlara yardımçı olmağa çalışacağını bildirib.

0