Türkiyədən erməni kilsəsi ilə bağlı açıqlama: Bizi kədərləndirdi

SİYASƏT
10:17 / 31.05.2020
1290

İstanbulda erməni kilsəsinə edilən təxribat xarakterli hücum bizi dərindən kədərləndirdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Tvitter hesabında qeyd edib.

O bildirib ki, fərqli inancdan asılı olmayaraq, vətəndaşlarımızın birliyini pozmağa çalışan istənilən hərəkətin qarşısında möhkəm dayanacağıq:

“Bu alçaq hücuma görə Surp Qriqori erməni kilsəsi vəqfinin sədri Edvard Eyvazyanla əlaqə saxladım və kədərimi ifadə etdim. Baş verən hadisəyə hüquqi qiymət verilməsi üçün çalışacağıq. Hər zaman vətəndaşlarımızın hüquqlarını qoruyacağıq”.

0
Axar.az