Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Jalə Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Jalə Əliyeva Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatıdır. Bu gün onun 60 yaşı tamam olur.


