Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini İsmayıl Özdəmir Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirib.
Hit.az xəbər verir ki, o,"X" hesabında Azərbaycanla bağlı paylaşım edib. Özdəmir Prezident İlham Əliyevi cəsur və qüdrətli lider adlandırıb:
“Qarabağ kimi türklüyün qanayan yarasını 44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşduran, hilalı xaça qarşı qalib edən və işğaldan azad edilmiş ərazilərdə yenidən azanı səsləndirən Azərbaycanın Prezidenti cənab İlham Əliyev cəsur və qüdrətli liderdir.
Son zamanlar Azərbaycanda baş verən hadisələrin Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi ilə təsdiqlənən dostluq və qardaşlıqdan da irəli gələn bağlarımızı zəiflətməsi mümkün deyil.
Azərbaycan suveren dövlət kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyası üçün müəyyən etdiyi istiqamətdə güclü dövlət statusuna yüksələrək XXI əsrin ən nüfuzlu ölkələrindən biri kimi tanınacaq. Ayla ulduz ayrılmaz, Xəzərlə Aralıq dənizi arasındakı bağ sarsılmazdır”.


