Deputat söz atdı: Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq

SİYASƏT
14:16 / 01.06.2020
1622

“Cəmiyyət bəzi ünsürlərdən təmizlənəcək, daha da sağlam olacaq”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, vaxtilə Vaqif Hüseynov və Əbdürrəhman Vəzirovun qapısının ağzında “yatanlar” üzə çıxarılacaq.

“Cəmiyyət daha da sağlamlaşacaq”, - deyə M.Qasımlı əlavə edib.

Qeyd edək ki, Vaqif Hüseynov 1989-1991-ci illərdə Azərbaycan Dövət Təhlükəsizlik Komitəsinin sədri olub.

Əbdürrəhman Vəzirov isə 1988-ci ilin mayından 1990-cı ilin 20 yanvarına qədər Azərbaycana rəhbərlik edib.

Aqşin Kərimov

0