“Tibbi maskadan istifadə etməyənlərin cərimlənməsi birmənalı qarşılanmır. Xüsusilə də həmin pulların hara xərclənməsi sual doğuran məsələdir”.
Cebhe.info xəbər verir ki, bunu deputat Əli Məslimli Milli Məclisin bugünkü iclasında deyib. Ə.Məsimli bildirib ki, vətəndaşlara yazılan cərimələrin hara xərclənməsi açıqlanmalıdır:
“Hesab edirəm ki, bu məsələni köklü şəkildə həll etmək lazımdır. Bu günə qədər 10 minlərlə şəxs karantin qaydalarını pozduğuna görə cərimələnib. Bundan sonra da insanlar cərimələnəcək. Ona görə də cərimələrdən yığılan vəsaitin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi zəruridir. Hər kəs bilməlidir ki, yığılan cərimələr koronavirusla mübarizəyə xərclənəcək”.
Vilayət Muxtar
Cebhe.info
Cebhe.info