M.Ə.Rəsulzadə barədə yeni kitab işıq üzü gördü

SİYASƏT
09:48 / 12.05.2020
1315

"Jeko Print”Çap Evi tərəfindən Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə və XX əsrin başlanğıcında Azərbaycanmillət-dövlətinin yaranması” kitabı nəşr olunub.

Hit.Az xəbər verir ki, kitabda müəllifin Londondaçıxan "Caucasus Survey” dərgisinin 2015-ci il 2-cisayında işıq üzü görmüş və M.Ə. Rəsulzadənin XX əsrin başlanğıcında Azər­bay­canmilli dövlətçiliyinin yaranmasındakı roluna həsr edilmiş məqaləsinin Azərbaycanvə rus variantları orijinal mətn ilə birlikdə oxuculara təqdim olunur.

Millətin formalaşması çoxları tərəfindən hələ də kortəbii proses kimi qəbul olunur. Əslində isə, intellektual elitanınformalaşdırdığı milli ideologiya olmadan, mil­lə­tin təşəkkülü mümkünsüzdür.

Bir qayda olaraq, millətin xəyali surət və görünüşü, eləcə də milli maraqlarkonsepsiyası məhz bu məhdud çevrədə müzakirə olunaraq ortaya çıxır, daha sonraisə geniş kütlələrə ötü­rülür. Ziyalılar tərəfindən hazırlanan və milli maraqların ifadə for­ması olan millətçilik (milli ideologiya), faktiki olaraq"millət quru­cu­luğu” layihəsidir.

Təsadüfi deyil ki, Avropa millətlərinin formalaşmasında siyasətçilər, şairlər, sənət­çilər,jurnalistlər, tarixçilər və dilçilər önəmli rol oynayıblar. Məsələn, RobertBerns və Valter Skott – şotland, Hans Xristian Andersen və Bertel Torvaldsen –Danimarka, Frederik Şopen, Adam Mitskeviç və Henrik Senkeviç – polyak, Cüzeppe Madzini – italyan, Şiller, Göte və Herder – alman millətinin formalaşmasına böyük təsir göstəriblər.

Bu mənada, milli ideologiyamız olan azərbaycançılığın banisi M. Ə.Rəsulzadə, XX əsrin başlanğıcında Azərbaycanda gedən millət­ləşmə proseslərində həlledici rol oynamışdır. Kitabda M.Ə. Rəsul­zadənin məhz bu istiqamətdəki fəaliyyətindən bəhs edilir.

0