Sabah Baş Nazir həftəsonu məhdudiyyətlərinin detallarını açıqlayacaq

SİYASƏT
20:14 / 03.06.2020
1334

Azərbaycanda həftəsonları küçəyə çıxma qadağası ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Hit.Az xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın məsələ ilə bağlı toplantısı keçirilib və həftəsonları küçəyə çıxma qadağası qoyulması ilə bağlı qərar qəbul olunub.

Ramin Bayramlı qeyd edib ki, qərarın detalları ilə bağlı Baş Nazir Əli Əsədov sabah ictimaiyyətə açıqlama verəcək.

0