Sosial şəbəbəkələrdə Paşinyan hökumətinə işləyən saxtakarlar ordusu - ARAŞDIRMA

SİYASƏT
20:21 / 05.06.2020
3603

“AntiFake.am” nəticələrini mütəmadi olaraq ictimaiyyətə təqdim edən “Facebook”da saxta hesabların monitorinqini davam etdirir. Bu nəşr bu günə qədər görülən işləri ümumiləşdirir. Ordu.az “AntiFake.am” nəşrinin araşdırmasını tam olaraq təqdim edir:

““Facebook”un erməni domenində hökumətin müxtəlif nümayəndələrini “dəstəkləmək” və ictimai dəstək təəssüratını yaratmaq üçün “çalışan” minlərlə saxta hesabın fəaliyyət göstərdiyi məlumdur.

Yayılan şayiələrə görə, saxta hesablar Paşinyanın nəzdində bir neçə funksiyanı yerinə yetirən “Feyklərin Qeyri Kommersiya Dövlət təşkilatı” adlı bir qurumunda təşkil olunur və əlaqələndirilir. Bunlar bir neçə funksiyanı, o cümlədən hökumət məmurlarına ictimai dəstək təəssüratı yaratmaq, həmçinin hökumətin tənqidçilərinə qarşı nifrət dolu sözlər söyləmək, təhqir etmək və yaymaq kimi işləri icra edirlər.

Metodologiya. Saxta hesabların daimi monitorinqi, tanınmış hökumət rəsmilərinin, eləcə də hökumətin təbliğat tezislərini təbliğ edənlərin “Facebook” səhifələrində həyata keçirilib. Baş nazirin həyat yoldaşı Anna Hakobyanın “Facebook” səhifəsi də araşdırma mövzusuna çevrilib.

Monitorinq bəzi hökumət rəsmilərinin, eləcə də hökumətin təbliğat tezislərini təbliğ edən şəxslərin “Facebook” səhifələrində aşağıdakı prinsiplər üzrə aparılıb. Məşhur feyk ordusunun bu şəxs üçün işləyib-işləmədiyini bilmək üçün bir “Facebook” yazısı təsadüfi olaraq seçilib. Saxta ordunun həmin şəxsə işlədiyini göstərmək və ayırd etmək üçün seçilmiş yazıdakı bəyənmələrdən və ya şərhlərdən “feyk ordusu”nun saxta sayı (100-200 civarında) ortaya çıxarılıb.

Nikol Paşinyanın “Facebook” səhifəsi isə daha intensiv izlənilib. Onun yazıları, “Facebook”dakı mətbuat konfransları, videolar, müxtəlif xəbər platformalarının yayımladığı, “feyk ordu”nun bütün bu platformalarda işlədiyini göstərmək məqsədilə bir simvolik sayda (50-200) hesab müəyyən edilib.

Başqa sözlə, saxta hesablar bu insanlar üçün işləyən “feyk ordu”nun tam siyahısı deyil, bu saxta qruplaşmanın varlığını sübut etmək üçün cüzi bir hissəsidir.

“AntiFake.am” “Facebook” sosial şəbəkəsinin müəyyən etdiyi standartlara uyğun olaraq tamamilə saxta hesablar siyahısına daxil edilmiş saxta hesabları seçilib. Həqiqi insanların səhifələrinə bənzəyən və siyahıya daxil olmayan hesablar da var. Bu cür hesabları tapmaq daha da çətindir, çünki həqiqi insanla qarışıqlıq ehtimalı yüksəkdir. Əsl səhifə təəssüratı yaradan saxta hesabların fəaliyyəti daha təhlükəlidir, çünki bu səhifələr “Facebook”u asanlıqla manipulyasiya edə bilər.

Beləliklə, aparılan monitorinqlər nəticəsində 1600-dən çox saxta hesab ifşa edilib. Bunların sayı əvvəldə qeyd etdiyimiz kimi, “feyk ordusu”nun yalnız kiçik bir hissəsi olduğu üçün simvolikdir.

“AntiFake.am” ayrıca fərqli insanlar üçün işlətdiyimiz saxta Facebook səhifələrinin nə dərəcədə üst-üstə düşdüyünü araşdırıb və bütün çıxarılan siyahıları birləşdirərək bunların təsadüflüyünün yalnız 4.9% olduğunu müəyyən edib.

“Facebook” səhifələri monitorinq edilən hakimiyyət xadimləri və hökumət tezislərini təbliğ edən məmurlar

Hakimiyyət tərəfindən yönəldilən, onları qoruyan, saxta gündəm yaratmış və “Facebook”u manipulyasiya edən “feyk ordusu” və onun rəhbərləri haqqında məlumat verilmişdi. Baş nazirin həyat yoldaşı Anna Hakobyan (218 feyk), İrəvan meri Hayk Marutyan (42 feyk), İctimai Şuranın sədri Styopa Safaryan (200 feyk, 1-ci hissə, 2-ci hissə), parlamentin spikerinin müavini Alen Simonyan (132 feyk), Səhiyyə naziri Arsen Torosyan əlaqəli olan (100 feyk), Təhsil, Elm, Mədəniyyət və İdman naziri Arayik Harutyunyan (100 feyk), parlamentin spikeri Ararat Mirzoyan (118 feyk), parlamentin müstəqil deputatı Arman Babacanyanı (141 feyk) “dəstəkləyən” saxta istifadəçilər aşkarlanıb.

Ancaq saxta ordunun “aslan payı” Ermənistan Baş naziri Nikol Paşinyana xidmət edir. AntiFake.am, “ürək” işarəsi qoyan, Paşinyanın nəşrlərini və canlı yayımlarını paylaşan 1000-ə yaxın saxta hesab aşkar edib.

“Feyklər” hansı funksiyaları yerinə yetirir?

Saxta hesabların hərəkətləri Paşinyan və digər dövlət rəsmilərinə ictimai dəstək pərdəsi yaratmağa, həmçinin Paşinyanın əvvəllər mövcud olan reytinqini süni şəkildə qorumağa yönəlib. Saxta materialı (like) bəyənməklə yanaşı şərhlər də yazırlar, bu da bir neçə əsas istiqamətdə aparılır.

- bunların böyük əksəriyyəti sevimli Baş nazirinə dəstəklərini və sevgilərini ifadə edirlər,

- tənqidi rəylər qoyan həqiqi istifadəçiləri tənqid edir və təhqir edirlər,

- keçmiş hakimiyyətin mənsubları və Nikol Paşinyanın müxaliflərinin ünvanına təhqir yazırlar,

- sual verən jurnalistləri təhqir edir, lənətləyir və alçaldırlar,

- təlimatlandırılmış şəkildə Paşinyanın əleyhdarlarına, eləcə də etiraz edən insanlara hücum edirlər.

“Facebook”da Nikol Paşinyanı hakimiyyətdə saxlayan “feyk ordusu”

İndi konkret nümunələrdən danışaq.

Paşinyan hələ ötən ilin aprelində bəyan etmişdi. “Sosial şəbəkələrdə hətta keçmiş hökumət rəsmilərinə qarşı zorakılığa çağıran inqilab bayraqları ilə çıxış edən qondarma hesablar var ki, onlar həqiqətən inqilabi dairələrlə bağlı olduqlarını göstərməyə çalışırlar. Bu cür manipulyasiyalar çox güclü əks-hücumla qarşılanmalıdır”.

Bu ifadəyə cavab olaraq, AntiFake.am “Facebook”da Nikol Paşinyanı fəal dəstəkləyən 140 saxta hesabın siyahısını dərc etmişdi.

Nikol Paşinyan şeirlərini nəşr edərkən dərc olunan ilk dəqiqələrdən “ürək” işarəsi qoyan saxtakarlar ortaya çıxırdı. Armavir bölgəsində Baş naziri salamlayan vətəndaşlara həsr olunmuş şeirinə cavab verən, “ürək” qoymaq və “qiymətləndirməyə” tələsən saysız-hesabsız saxtakarlardan yalnız 50-ni ayırd etmək mümkün olmuşdu.

Saxta hesablar, Baş nazirinin mətbuat konfranslarında da ifadələrini bölüşərək “iştirak edir”. Məsələn, Qafandakı mətbuat konfransının canlı yayımı zamanı 90 saxta hesab ona şərhlərdə “kömək edirdi” və daha 190 saxta hesab sahibi isə canlı video yayımı “ürək” atəşinə qərq etmişdi.

Daha 116 saxta hesab isə Nikol Paşinyanın ötən il martın 16-da “Facebook”da canlı yayımlanan Matenadarandakı canlı mətbuat konfransına dair şərhlər verib və bəyənmələr etmişdi.

Yuxarıda göstərilən funksiyalara əlavə olaraq, saxtakarların bir məqsədi də var. Hökumət tərəfindən saxta hesabların dəstəklədiyi və real istifadəçilərin cəlb edildiyi saxta gündəm yaradılır.

Məsələn, hökumət qarşısında “1 Mart” qurbanlarının ailələrinə verilən 30 mln kompensasiya kimi, hökumətdən 30 milyon dram tələb edən ölən hərbçilərin analarının qatıldığı etiraz aksiyası təşkil edilmişdi. Bu məqsədlə onlar Baş nazirlə görüş tələb edirdilər.

Paşinyan aksiya zamanı ölən hərbçilərin anaları ilə görüşü baş tutdu. Görüş onun “Facebook” səhifəsində canlı yayımlanırdı. Bütün yayım boyu Baş nazirin tərəfdarları tərəfindən cəmi 2500-ə yaxın şərh verilib.

Şərhlər həm saxta, həm də həqiqi istifadəçilər tərəfindən eyni məzmuna sahib olanlar tərəfindən edilirdi. Onların vəzifəsi Baş Naziri müdafiə etmək və ölən əsgərlərin analarını ləkələməkdir. Şərhlərin əksəriyyətində qadınlara ünvanlanan təhqir və təhqiramiz sözlər yer alırdı. Şərhlərdə yayılan əsas tezis, bu qadınların əvvəlki illərdə mövcud olan hakimiyyət dövründə “mübarizə aparmadığı”, onların “əlaltısı” olduqları və onlardan pul tələb etməmələri, qorxduqları üçün susduqları, indi danışdıqları və pul tələb etdikləri, indi isə əvvəlki hakimiyyət üçün “işləyirlər” və beləliklə övladlarının qanını “satırlar” və mövcud vəziyyətdə Baş nazir “günahsızdır” və onu “rahat buraxmalıdırlar” kimi şərhlər üstünlük təşkil edib. Paşinyanı dəstəkləyən və qara geyimli analara təhqir yağdıran və nalayiq ifadələr yazan 2500-dən çox şərhin, 40-dan çox real və saxta hesabın kiçik bir hissəsini təqdim etmişdik.

Bundan əlavə, hər kəs Nikol Paşinyanın jurnalistlərə qarşı kəskin mənfi münasibətini bilir və bu barədə bu yaxınlarda “Facebook”dakı canlı yayımlanan çıxışlarından birində də səsləndirdi. Fəaliyyətə başladığı ilk gündən bəri bu məsələdə də “feyklər” kömək edib. Paşinyanı dəstəkləmək üçün jurnalistləri təhdid və təhqir edən 85 saxtakarın siyahısını təqdim etmişdik.

“Feyk ordusu” da referendum kampaniyasında iştirak edirdi. Nikol Paşinyanı tərifləyən və “Bəli” mövqeyindən danışan Nikol Paşinyanla Petros Qazaryanın reportajlarından 38 saxta hesab aşkar edilmişdi. Həmçinin Petros Qazaryanla Ruben Melikyanın reportajında yazdıqları şərhlərlə Melikyanı təhqir edən 27 saxta hesab ifşa olunmuşdu.

Hakimiyyət etnik gərginliyin yaranmasına səbəb olur. Keçən il Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhinın altına düşən fırtına izləri ilə belə bir araşdırma aparılmışdı və bunun nəticəsində hökumət üçün işləyən saxta hesablar ortaya çıxmışdı.

Hökumət tərəfindən hədəfə alınan Şuşan Petrosyan və Vitali Balasanyan da saxta insanların təhqirləri və təhdidləri hədəfinə çevrilmişdi.

Beləliklə, indiyə qədər apardığımız monitorinqlər nəticəsində “Facebook”da hakimiyyətin müxtəlif nümayəndələrində xidmət göstərən 1600-dən çox saxta hesab aşkar edilib ki, bunların da əksəriyyəti Paşinyana xidmət edir”.

 

0
Ordu.az