Naqif Həmzəyevə spikerdən irad

SİYASƏT
13:56 / 05.06.2020
1596

Deputat Naqif Həmzəyev Milli Məclisdəki çıxışında Hindistandakı Azərbaycan vətəndaşların Azərbaycana gətirilməsinə görə Prezidentə, hökumətə, səfirliyə təşəkkür edib.

Həmçinin N.Həmzəyev koronavirusa yoluxma hallarına görə Bakıdan sonra Gəncə şəhərinin irəlidə olduğunu təəssüflə qeyd edib. Deputat bildirib ki, insanlar məhdudiyyətlərə əməl etmir.

Sahibə Qafarova "Naqif müəllim, maarifləndirmə işini tək burda yox, Gəncədə də aparmaq lazımdır"-deyə, irad bildirib.

1
Musavat.com