Xərçəng xəstəliyindən əziyyət çəkən bloqer Mehman Hüseynovun müalicəsi üçün Azərbaycandakı vəzifəli şəxslərin də pul köçürdüyü iddia olunur.
Pravda.az-ın xəbərinə görə, yardım kampaniyasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin (CHF1000 – 1778 AZN), Səhiyyə naziri Oqtay Şirəliyevin (CHF150 – 266 AZN), Əli Həsənovun (CHF150), eləcə də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun (CHF150) iştirak etdiyi bildirilir.
Bu vəzifəli şəxslərin adları gofundme.com saytında yer alıb. Yayılan xəbərlərə rəsmi münasibət bildirilməyib.
Mütəxəssislər bildirirlər ki, vəsaiti köçürənlər həmin vəzifəli şəxslər olmaya da bilərlər, başqalarının onların adından istifadə etməsi mümkündür.
Qeyd: Mehman Hüseynovun müalicəsi üçün lazım olan məbləğ toplanıb.