“Onları əlifba sırası ilə həbs etmək daha məntiqli olar”

SİYASƏT
18:09 / 12.05.2020
1920

İqbal Ağazadə: “Rüşvət və korrupsiyaya qarşı yalnız həbslər vasitəsi ilə mübarizə effektli olmayacaq”

Məlum olduğu kimi, son vaxtlar güc orqanları tərəfindən rüşvətxor məmurlara qarşı şok əməliyyatlar həyata keçirilməkdədir.

Bəs bu əməliyyatlar neqativ hallara qarşı effektiv mübarizə baxımından nə dərəcədə əhəmiyyətlidir?

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə rüşvət və korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə etmək üçün mühüm islahatlara ehtiyac olduğunu vurğuladı:

“Hesab edirəm ki, bu məsələdə ciddi uğur əldə etmək üçün idarəetmə sistemi dəyişilməli, hakimiyyət bölgüsü fərqli olmalıdır. Bunlar həyata keçrilsə, o zaman rüşvət və korrupsiya hallarının qarşısı önəmli şəkildə alınacaq. Düzdür, bu, o demək deyil ki, bundan sonra neqativ hallar olmayacaq. O demək deyil ki, rüşvət və korrupsiya kimi hallara rast gəlinməyəcək.Yenə də ayrı-ayrı şəxslərin bununla məşğul olması baş verəcək və onlar fərdi şəkildə məsuliyyətə cəlb olunacaqlar. İndiki məqamda isə güc orqanlarının özlərini belə əziyyətə salmasına ehtiyac yoxdur. Onları əlifba sırası ilə həbs etmək daha məntiqlidir”.

0
Moderator.az