İlham Əliyev: “Ayaq üstə Azərbaycan həkimlərini alqışlamaq istəyirəm”

23:04 / 09.06.2020
1216

“Mən bir daha həkimlərin fəaliyyətini qiymətləndirmək istərdim. Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördülər ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər”.

Hit.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev modul tipli xəstəxananın açılışında deyib.

Xəstəxanalar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılıb.

İlham Əliyev xatırladıb ki, həkimlərin arasında yoluxanlar da var: “Onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur: Azərbaycan həkimlərinə eşq olsun!
Bir daha bunu demək istəyirəm, Azərbaycan həkimlərinə eşq olsun və ayaq üstə Azərbaycan həkimlərini alqışlamaq istəyirəm”.
 

0