Ermənistanın ərzaq ehtiyaclarını Qarabağın hesabına ödəyəcək – Paşinyanın yeni planı

SİYASƏT
16:14 / 10.06.2020
1501

Onsuz da ağır sosial-iqtisadi vəziyyətdə olan Ermənistan koronavirus pandemiyasına görə, ciddi təhlükələrlə üzləşib.

Nikol Paşinyan hökuməti bağlı sərhədlər daxilində ölkəni gözləyən ərzaq qıtlığını aradan qaldırmaq üçün ərzaq təhlükəsizliyi sahəsində yeni yol xəritəsi cızıb.

Belə ki, taxıl kimi strateji məhsula olan tələbatının yalnız 30%-ni ödəyən Yerevan Azərbaycanın işğal altındakı torpaqlarından yararlanmaq planı cızır. 2019-cu ildə Ermənistanda 185 min ton taxıl istehsal olunub. Bu göstərici 2018-ci ildə 176 min ton, 2015-ci ildə 362 700 ton, 2016-cı ildə isə 350 400 ton təşkil etmişdi.

“Ermənistanda ərqaz təhlükəsizliyi ilə bağlı vəziyyət çox bərbaddır. Tezliklə Biz çörək də idxal edəcəyik”- deyə iqtisadçı Mesrop Arakeltyan açıqlama verib. O, Ermənistanın taxıl ehtiyaclarının 60%-dən çoxunu Rusiyanın ödədiyini bildirib.

Məhz bu səbəblərdən Dağlıq Qarabağ Ermənistanın ərzaq təhlükəsizliyi üçün strateji önəm kəsb edir. Dağlıq Qarabağda əkinə yararlı torpaqların azlığı səbəbindən erməni tərəfi Arazboyu ərazilərin məhsular torpaqlarında geniş taxıl və s. istehsalını hədəfləyir. Hazırda işğal altındakı torpaqlarda 85 min hektar sahədə taxıl əkilir. Maraqlıdır ki, Ermənistanda taxıl sahəsi 115 min hektar ərazini əhatə edir.

Yerevan rəhbərliyi məhz Qarabağ ərazilərində Rusiyadan taxıl asılılığını azaltmaq üçün istehsala start veriblər. Hələ 2018-ci ildə Araz çayı vadisində fermer təsərrüfatları yaratmağa stimul vermək üçün “Araz zonası” adlı QSC yaradıldı. Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında kənd təsərrüfatıl üçün yararlı 5 min hektardan artıq sahədə taxıl istehsalı və meyvə, zeytun bağları salınmağa başladı. “Araz zonası” QSC-nin sahibi Qriqori Safaryan əkilən torplaq saəhlərinin genişləındiriləcəyini açıqlamışdı.

“Arazboyu torpaqlar münbit olduğu üçün ildə iki dəfə məhsul almaq mümkündür. Azar çayından çəkilən suvarma kanallarının sayını artırmaqla torpaq sahələrini genişləndirəcəyik. Nar, üzüm, ərik və zeytunla yanaşı, əsas taxın əkilir. Əkilən taxın Ermənistana da satılacaq”.

Qarabağda 70 min hektar sahədə əkilən taxıl sahələrindən 100 min hektar məhsulun götürülməsi nəzərdə tutulur. Onun böyük hissəsi Ermənistan daşınacaq.

Ekpsert hesablamaları Azərbaycanın işğal altındakı ərazilərində əkilən taxıl məhsullarının Ermənisranın illik ehtiyaclarının 25%ə qədərini ödəmək iqtidarında olduğunu göstərir. Zəngəzurdan Qarabağa çəkiləcək 3-cü yol məhz Arazboyu ərazilərin məskunlaşdırılması və bölgədə istehsal olunan məhsulların Ermənistana daşınması üçün istifadə olunacaq.

0
Modern.az