Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin keçmiş sədr müavini, Güney Azərbaycanlı şair, professor Qulamrza Səbri Təbrizi vəfat edib.
Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında güneylu şair Sayman Aruz məlumat yayıb.
O bildirib ki, Q.S.Təbrizi tənhalıq və kimsəsizlikdə rəhmətə gedib: “O, ulu öndərimizin ideyaları və Azərbaycanın haqq səsini xarici ölkələrdə müdafiə edən böyük azərbaycanlı idi. Allah rəhmət eləsin!”
Qulamrza Səbri Təbrizi Mehdiabad məzarlığında dəfn olunub.