Mixail Saakaşvilinin açıqlamalarına görə, Ukraynanın Tbilisi səfiri Gürcüstan XİN-ə çağırılacaq.
Avropa.info xəbər verir ki, bu sözlər Gürcüstan xarici işlər naziri David Zalkaliani deyib. Saakaşvili payızda Gürcüstanda keçiriləcək parlament seçkisi ilə bağlı bu açıqlamanı vermişdi:
“Mən Gürcüstanın tamamilə dağılması və məhv edilməsinə sakitcə baxa bilmərəm. Mən həqiqətən mübarizənin ön cəbhəsində olacam”.
Gürcü nazir sabiq Gürcüstan prezidentinin açıqlamasını ölkənin daxili işlərinə müdaxilə sayıb və məsələ ilə bağlı ukraynalı səfirin izahatlarını dinləyəcəyini açıqlayıb.