Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu gün seçicilərlə növbəti onlayn görüşünü keçirib.
Koronavirus pandemiyası səbəbindən seçicilərlə internet vasitəsilə əlaqə saxlamaq məcburiyyətində qalan millət vəkili, onların şikayətlərini dinləyib.
Seçicilər deputata sosial müavinətlərlə bağlı problemlərdən, yaşayış yerlərinin yararsız hala düşməsindən, bu işlə məşğul olmağa məsul olan icra strukturlarının məsələyə laqeyd yanaşmasından, vərəsəlik hüquqlarının pozulmasından şikayətləniblər.
Asim Mollazadə seçicilərin şikayətlərini qeydə alaraq, bu barədə müvafiq instansiyalara sorğu göndərəcəyini və problemlərinin həllində onlara yardımçı olmağa çalışacağını bildirib.