Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığınınəsas mövzusu Liviyada vətəndaş müharibəsinin sona çatması və atəşkəsin bərpası olub.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, söhbət zamanı regional məsələlər, xüsusilə Liviya və İdlibdə baş verən hadisələr, koronavirus pandemiyasına qarşı mübarizə və epidemiyadan sonrakı dövrdə atılacaq addımlar müzakirə olunub.
Telefon danışığı zamanı Putin Liviyada atəşkəsin əhəmiyyətinə diqqət çəkib. Ərdoğan isə “Atəşkəsi pozan Sərrac deyil, Həftardı. Həftar da sizdən güc alır” cavabını verib.
Ərdoğan Putinə Həftarın tənəzzülə uğraması və beynəlxalq ictimaiyyətdəki nüfuzunu itirməsini nümunə gətirərək onun legitim bir qüvvə olmadığı bildirib.
Putinin xatırlatdığı sözügedən qərarlarda “silah embarqosu”nun tətbiqi ilə əlaqəli məqalələrin olduğunu qeyd edən Ərdoğan, Həftara heç bir embarqonun tətbiq olunmadığını və əksinə dəstək verildiyini bildirib. Türkiyə Prezidenti bütün bu dəstəklərə baxmayaraq, Həftarın məğlubiyyətinin davam etdiyini qeyd edib.