“Azərbaycanda 20 illərlə vəzifə tutmuşlar maksimum 5 il işləyəndən sonra olan qalan ağlını vəzifəsindən istifadə edib korrupsiya, rüşvət yolu ilə varlanmağa həsr ediblər”.
Bu fikirlər keçmiş spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev bildirib.
O əlavə edib ki, istər son vaxtlar həbs olunanlar, istərsə əvvəlki vəzifələrindən başqa vəzifələrə keçirilənlər, istərsə də tutduğu vəzifələrindən azad edilənlər xalqın pulunu malını oğurlamaqla misilsiz varlanıblar. Keçmiş spiker daha sonra bildirib:
“Bu adamların hamısı cəzalandırılmalıdırlar. Mədəniyyət Nazirliyini oğru quldur yuvasına çevirənlər bu gün Azərbaycanın milli idealogiyasını yaradanların məhsullarıdır. Ölkədə kimlərin talançılıqla məşğul olmasını müəyyənləşdirmək çox asandır, bu, xüsusi ağıl tələb etmir.
Maaşları 500 manatdan 5000 manata qədər olan istənilən çinovnikin evinin qiyməti 1 milyon və ya ondan yuxarıdırsa deməli o korrupsionerdir, rüşvətxordur. Dövlət aparatlarında- təhlükəsizlik şurasının üzvlərindən tutmuş nazirlər, müavinləri, idarə rəislərinə qədər bu qəbildən olan minlərlə adamlar vardır. Onlar tədricən ancaq az bir zamanda vəzifələrindən uzaqlaşdırılmalı, mən həbs etməyin tərəfdarı deyiləm, onlara öz xoşları ilə oğurladıqları pulların 80 faizini dövlət büdcəsinə keçirmək təklifi edilməlidir. Pulu dövlət büdcəsinə keçirməyənlər həbs edilməlidir.
Azərbaycanda koronavirus və neftin qiymətinin düşməsi ilə əlaqədar maliyə çətinliyi yaranıb və bu daha da dərinləşəcək. Xaosa gətirib çıxara bilər. Bu adamlar büdcəyə ən azı 10 milyard pul keçirməlidir. Hər halda bu insanlar başqalarından oğurladıqları pulu özlərinə qaytarmağa üstünlük verərlər, zindanda çürüməyə yox”.