Paşinyan niyə koronavirusa yoluxmuş kimi oynadı?

SİYASƏT
20:45 / 12.06.2020
2708

“Ermənistanın Baş naziri Nikol Paşinyan manipulyasiya etmə bacarıqlarını çox yaxşı bilir. O, bu sahədə peşəkardır. Parlamentin “mühasirəsi” zamanı hansı texnologiyadan istifadə etdiyini hər kəs bilir. Əli bir sarğı ilə sarılmış, sarğının altından qan çıxmış və bir ürək çəkilmişdi. Qanla çəkilmiş ürək. Ətrafına toplaşan insanlar sadəcə əriyir, qışqırır, ağrılar içində əziyyət çəkirdilər, Paşinyan isə sakit idi, günlərlə qan ləkəsi olan sarğısını dəyişdirmədən hərəkət edirdi. O zaman insanlar həmin bu bir damla qana görə parlamenti partlatmağa hazır idi, mühakimə etmirdilər və başa düşmürdülər. Çox uğurlu bir manipulyasiya hiyləsi idi”. Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Hraprak” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Çox yazırlar, soruşurlar ki, Nikol Paşinyan niyə koronavirusa yoluxmuş kimi oyun oynadı?

Müəllif yazır ki, özü azmış kimi, ailəsini də bu oyuna qarışdırdı.

“Düzünü desəm, heç kim bu fakta inanmırdı. İnfeksiyadan bir həftə sonra bütün ailəlikcə müalicə olunduğunu elan etdikdə isə, yumor teatrı tükənməz oldu.
İnqilabi dövrün nümunəsinə istinad edərək demək olar ki, izah edəcək bir şeyim qalmadı. Cəmiyyətdə siyasi manipulyasiya hiyləsi keçdikdə, manipulyator bunu ikinci, üçüncü dəfə təkrar etməyə çalışır. Koronavirusa yoluxma faktı insanların hissiyatlarına toxunmaq, insanların emosional dünyasına təsir etmək məqsədilə edilən qanlı ürək fraqmentinin təkrarlanması idi. Ailəsini də bu reallığa cəlb etmək, yalnız insanların duyğularına daha geniş təsir etmə imkanlarını artırmaq istəyi ilə izah oluna bilər. Cəmiyyətdə duyğu oyandıra bilmədiyinə əmin olduqdan sonra, qəhqəhə ilə müşayiət olunan dəstəksiz qaldığını gördü.

Sonunda isə bunu bilmək zərər verməz. Psixoloji cəhətdən ən asan idarə olunan obyekt, izdihamdır, çünki burada “mən” yoxdur və “biz” tərəfindən idarə olunur. Bu qeyri-müəyyən bir üzə sahibdir, məsuliyyətsizdir və diqqətsiz istifadəyə məruz qalır. Manipulyator, camaatın ürəyinin beyinə üstün gəldiyini bilir və insanın hissiyatı sahəsi istiqamətində iş aparır. Camaat, izdiham məyus olduqda, dağıdıcı və məhvedici xarakter alır. Bu hal heç bir yaddaşı və mühakiməsi olmayan və gətirdiyi şeyləri qovub aparan sel kimi olur”, - deyə məqalədə qeyd olunub.
 

0
Ordu.az