Ermənistan seçim qarşısında: İsrail, yoxsa İran?

SİYASƏT
16:27 / 13.06.2020
2037

“Ermənistan hökuməti hələ ötən il qərar qəbul edib və bu qərara əsasən, mart ayında artıq Təl-Əvivdə səfirlik açılmalı idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan İranın paytaxtında keçirilmiş etiraz aksiyası zamanı bir qrup şəxsin Ermənistan səfirliyi qarşısında İsrail bayrağını yandıraraq Ermənistanın Təl-Əvivdə rezdent səfir təyin etməyə hazırlamaşına etiraz etməsi faktına toxunarkən deyib.
Erməni politoloqun sözlərinə görə, bu qərarın qəbul olunmasından əvvəl erməni tərəfinin tam və səmimi şəkildə İran tərəfinə İsraildə səfirlik açmağın niyə zəruri olduğunu təqdim etməli olması halı olduqca vacibdir, yəni İran-İsrail münasibətlərinin gərgin olmasını nəzərə alaraq İrana əsaslandırmalar təqdim olunmalı idi.


“Əminəm ki, səfirlik açılması zərurəti əsaslı şəkildə təqdim olunsaydı, İran tərəfindən hər hansı problem olmazdı”, - deyə Sarkisyan bildirib.
 

2