Moskvada Paşinyanı nə gözləyir?

SİYASƏT
19:55 / 13.06.2020
1538

Ermənistan Baş naziri Nikol Paşinyanın iyunun 24-də Moskvada İkinci Dünya müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş paradda iştirak edəcəyi artıq məlumdur. Qeyd edək ki, koronavirus səbəbilə mayın 9-da keçirilməli olan parad təxirə salınıb və mayın 26-da Rusiya prezidenti Vladimir Putin Qələbə Gününə həsr olunmuş bayram paradının iyunun 24-də baş tutacağını bildirib.

Məlumata görə, Ermənistan hakimiyyətinin yuxarı halqalarında kifayət qədər gərginlik var, çünki Rusiyada Paşinyanı nə gözlədiyi, necə qarşılanacağı hələ heç kimə məlum deyil.

 

3
Ordu.az