Rəhim Qazıyev danışdı: “Yeni Yasamalda döyülənlərdən artıq deyiləm”

SİYASƏT
09:02 / 15.06.2020
1860

Sabiq müdafiə naziri Rəhim Qazıyev küçədə döyülüb.

O, "dominant.az" saytına açıqlamasında başından yaralandığını bildirib:

“Tanımadığım bir nəfər arxadan başıma zərbə endirdi. Bilmədim kim idi. Quzu kimi oturmağımı istəyirlər, mən də quzu kimi oturmuram, sözümü deyirəm. Ona görə də döyürlər”.

Təcili tibbi yardımın həkimləri tərəfindən tibbi yardım göstərilən sabiq nazir hazırda polis idarəsində olduğunu qeyd edib:

“Sağlamlığım qaydasındadır, döyməklə məni qorxuda bilməzlər. Son nəfəsimi verənə qədər sözümü deyəcəm. O gün Yeni Yasamalda polislər tərəfindən döyülən adamlardan nəyim artıqdır ki”.

0