Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili, Azərbaycanın Milli Qurtuluş Günü ilə əlaqədar öz şəxsi "Facebook" səhifəsində paylaşım edib.
Mixeil Saakaşvili 2012-ci ildə Azərbaycanın Milli Məclisində etdiyi çıxışını Azərbaycanın Milli Qurtuluş Günü ilə əlaqədar bu gün yenidən paylaşıb.
O paylaşımına başlıq olaraq rus dilində, Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” sitatını yazıb.
Xatırladaq ki, Mixeil Saakaşvili 2012-ci ildə hələ prezident ikən, rəsmi olaraq Azərbaycana sonuncu səfərini edib. / 24News
Publika.az