Rusiyalı nazirlərin Türkiyə səfəri niyə baş tutmadı - ŞOK SƏBƏBLƏR

SİYASƏT
20:54 / 16.06.2020
1439

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Türkiyə səfərinin təxirə düşməsinin səbəbləri məlum olub.

Redaktor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, səfərdən əvvəl Moskva Ankaraya təklif göndərib. Təklif, Xəlifə Haftar və Misir prezidenti Əbdül Fəttah əs-Sisinin irəli sürdüyü “atəşkəs sənədi” ilə oxşardır. Sənəd Liviyada atəşkəsin tətbiq olunmasını nəzərdə tutur. Lakin Türkiyə tərəfi hesab edir ki, bu təklif son həftələr ərzində ciddi məğlubiyyətlər alan Xəlifə Haftarın çətin durumdan çıxması üçün irəli sürülüb ona vaxt qazandırılmasına hesablanıb. Türkiyə tərəfi təklifi rədd etdiyinə görə, ötən gün həyata keçirilməli olan və prezidentlər səviyyəsində razılaşdırılmış səfər təxirə salınıb.

Qeyd edək ki, Türkiyənin fəal dəstək verdiyi Liviya ordusu üsyançıların nəzarətindəki Sirt şəhərinə hücuma hazırlaşır. Sirt şəhəri ölkə neftinin 70 faizinə nəzarəti təmin etmək baxımından olduqca önəmlidir. Həmçinin Rusiya Sirt şəhərində Suriyanın Hmeymin bölgəsində qurduğu bazanın bənzərini qurmaq istəyir. Məqsəd NATO-ya cənubdan təzyiq göstərməkdir.

1