İlqar Məmmədov: “İnsanlar Bakıda zülm çəkir, Hande Harmancı meşəyə gedir” - FOTO

SİYASƏT
09:42 / 16.06.2020
1886

ReAl Partiyanın sədri İlqar Məmmədov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının sərtləşdirilmiş karantin rejimi dövründə Quba və Qusara istirahətə getməsini sərt tənqid edib.

İ.Məmmədov deyib: “Ölkədən rədd ediləsi beynəlxalq səhiyyə bürokratı: Hande Harmancı, Dünya Səhiyyə Təşkilatının Azərbaycanda təmsilçisi. İnsanlar iki gündür Bakıda karantində hər cür zülm çəkir, bu isə təşkilatı adından bizə "evdə qal" kimi şeylər deyib, gedir Quba-Qusar meşələrinə, hələ orda gəzintilərinin foto və videolarını İnstaqramda paylaşır”.

3