"Azərbaycan əsgərinə, Ordusuna böhtan atanın qanı qarışıqdır"- Deputat

SİYASƏT
03:19 / 14.05.2020
1299

"Ordumuza, Azərbaycan əsgərinə böhtan atmaq, təcavüzkar Ermənistanla işbirliyi etməkdir".

Hit.Az xəbər verir ki, bunu sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı bildirib.

Deputat bildirib ki, sözügedən məsələ milli xəyanətdir və təkcə Milli Ordumuza qarşı deyil, müstəqilliyimizə və dövlətçiliyimizə qarşıdır: "Sözsüz ki, bunun arxasında ancaq işğalçı Ermənistan və onların havadarları dayanır. Hesab edirəm ki, bu iyrənc kampaniyada bir azərbaycanlı varsa deməli onun qanı ya erməni qanıdır, ya da qarışıqdır. Ona görə biz ilk növbədə içimizdə olan milli satqınlara qarşı barışmaz olmalıyıq. Apardıqları kampaniya ölkəmizə qarşı həyata keçirdikləri düşmənçilik siyasətinin bir hissəsidir. Kampaniyanın təşkilatçılarının əsas məqsədi milli ruhu, cəmiyyətdəki yüksək vətənpərvərlik əhvalını zəiflətmək, xalq-ordu-dövlət birliyini sarsıtmaq və beləliklə Qarabağ probleminin həllində dövlətimizin mövqeyini zəiflətməkdir. Lakin bu, mümkün deyil. Xalqımız öz Ali Baş Komandanına, ordusuna və əsgərinə inanır. Azərbaycan tarix boyu vətəni, dövləti, torpağı, müstəqilliyi uğrunda hər an canından keçən qəhrəman oğulları böyüdüb. Bu mənada içimizdə olan bu mənfur insanlar cəmiyyətdə ifşa olunmalıdır".

 

0