Prezidentlər Dağıstanda baş verənləri müzakirə edib - Leyla Abdullayeva

SİYASƏT
23:22 / 18.06.2020
1291

"Xaricdə qalan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların qaytarılması ilə bağlı işlər davamlı olaraq həyata keçirilir".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Dağıstanda baş verənlərlə bağlı bu gün Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı olub:

"Məsələ iki ölkə başçsı səviyyəsində müzakirə edilir. Bu günədək 1000 vətəndaşımız Rusiyadan Azərbaycana gətirilib. İlk üstünlük yaşlılar, uşaqlılar və "evəgedirəm" portalında qeydiyyatdan keçənlərə verilir. Biz bir daha vətəndaşlarımızdan xahiş edirik ki, sərhədə yaxın yerlərdə toplaşmasınlar. Olduqları ölkələrin qayda-qanunlarına riayət etsinlər".

2
Modern.az