Rəsmi Bakı NASA-ya etiraz məktubu göndərəcək

SİYASƏT
18:37 / 13.05.2020
1545

Bəzi hallarda bir çox ölkələrin həyata keçirdiyi layihələr çərçivəsində beynəlxalq səviyyədə tanınan sərhədlərin təhrif olunması hallarına rast gəlirik. Lakin bu hallarla əlaqədar Azərbaycan tərəfi olaraq təhrifə yol verən istər şirkət, istərsə də digər səviyyələrdə nümayəndələrlə əlaqəyə keçərək etirazımız bildirilir və təhrif olunmuş xəritələr aradan qaldırılır.

Hit.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NASA-nın layihəsində Azərbaycan sərhədlərinin təhrif olunması ilə bağlı ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyatı etiraz məktubunun göndərilməsi nəzərdə tutulub.

Aytən Zəhra

0