Millət vəkili Aydın Mirzəzadə koronavirusa yoluxan deputat həmkarı Sahib Alıyev barədə paylaşım edib.
A. Mirzəzadə özünün feyzbuk sosial şəbəkəsindəki hesabından paylaşım edərək koronavirusa yoluxan deputat həmkarının yanında olduğunu qeyd edib: "Sahib, tez sağal, ürəklərimiz səninlədir! Sən güclüsən, sən bacaracaqsan, sən mütləq bizi sevindirəcəksən!"
Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Sahib Alıyev koronavirus testi verdiyini və nəticənin pozitiv çıxdığını açıqlamışdı.