Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hövsan qəsəbəsi üzrə icra nümyəndəsini tutduğu vəzifədən azad edib.
HİT.Az xəbər verir ki, Cebhe.info-nun əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsi üzrə icra nümayəndəsi Ağasəlim Əliyev bir neçə gün əvvəl işdən çıxarılıb.
Qeyd edək ki, hazırda Suraxanı rayon İcra Hakimiyyətində iki: İcra başçısının müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifələri boşdur.
Cebhe.info