Türkiyədə yeni təklif: Qarabağı qaytarmaq üçün... - VİDEO

SİYASƏT
19:50 / 25.06.2020
1298

Türkiyənin Vətən Partiyası Qara dəniz- Aralıq dənizi dostluq və sülh planını təqdim edib.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.

Yeni plana əsasən, Krımın Rusiya ərazi kimi tanınması təklif edilib.

“Qara dəniz – Aralıq dənizi dostluq və sülh planının vacib özəlliyi onun bütövlüyüdür. Bu plan Türkiyə və Rusiya arasında əməkdaşlığın gücləndirilməsinə əsaslanır”, – deyə partiyanın beynəlxalq münasibətlər bürosunun rəhbəri Semih Koray deyib.

Yeni planda əsas məqsədlərdən birinin ABŞ və NATO bazalarının regiondan çıxarılması, eləcə də ABŞ-ın bölgədə təklənməsi olduğu vurğulanıb. Partiya bu plan çərçivəsində Abxaziya və Şimali Kiprin tanınması, Azərbaycan və Suriyanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağdan Ermənistan qoşunlarının çıxarılması üçün işə başlanması gərəkdiyini bildirib.

0
Axar.az