“Mən sizi və ordumuzun bütün şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Bayram günü ərəfəsində yeni hərbi hissənin açılışını qeyd edirik. Mən vəziyyətlə tanış oldum, əvvəlki vəziyyət haqqında da mənə məruzə edildi. Əlbəttə ki, yeni tikilmiş hərbi hissə bütün yüksək standartlara cavab verir”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib.