Siyavuş Novruzov : "Başqa ölkələrdə nazir dərhal istefa verərdi"

SİYASƏT
12:58 / 14.05.2020
2752

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinin Feysbukdakı canlı efirində Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi ilə bağlı sualları cavablandırıb.

Millət vəkili dünyanın digər yerlərində belə hadisələr baş verəndə nazirlərin dərhal istefa verdiyini, lakin 29 ildə Azərbaycanda belə halın baş vermədiyini söyləyib:

“Rüşvətxorluq və korrupsiyaya qurşananda, vəzifəsinin öhdəsindən gələ bilməyəndən vəzifəsindən uzaqlaşdırılıblar. İndi isə bizdə də buna mərhələlərlə gedirik. Mən hesab edirəm ki, son zamanlar yüksək vəzifəli məmurlara qarşı aparılan tədbilər kampaniya xarakteri almamalıdır. Vətəndaşlar da aparılan işlərdən razıdır”.

S.Novruzov son zamanlar icra hakimiyyətlərində araşdırmaların Bakı rayonlarını niyə əhatə etməməsi ilə bağlı suala isə belə cavab verib:

“Hazırda bütün faktlar ciddi şəkildə araşdırılır və fakt olmadan kiməsə rüşvətxor demək olmaz”.

2
Baku.ws