"Bütün icra başçılarının əmlakı yoxlanılmalıdır" - Rəşid Mahmudov

SİYASƏT
19:35 / 14.05.2020
2524

“Pandemiya dövründə kasıbın çörəyini mənimsəyən icra başçılarına haram olsun, onlar kişi deyillər, canavardılar”.

Bu sözləri Unikal.org-a ATU-nun dossenti, tanınmış həkim Rəşid Mahmudov icra başçılarının həbsinə münasibət bildirərkən deyib:

“Deməli həbs olunan icra başçılarından biri 50 yaşında universitet bitirib. O, yaşda universitet bitirən başçı nə olar? Bizim bəzi məmurların 6-cı sinif həcmində savadları yoxdur. O pul yığmaqdan başqa nə biləcək? Belə məmur millətin qədrini bilməz. Camaat kar, kor, savadsız deyil. Hamı bilir bu cür icra başçıları hansı yuvanın quşudur. Mən elə düşünürəm ki, bütün icra başçılarının əmlakı yoxlanılmalıdır. Amma mən cənab prezidentdən xahiş edirəm ki, o həbs olunan məmurların mənimsədiyi pulları büdcəyə keçirsin. Onun pulları da xalqın rifahı üçün istifadə edilsin. Bu icra başçılarının arasında elələri var bir adamı qəbul edib, onun dərdinə şərik olmur. Kasıblara verilməli olan yardımları mənimsəyən icra başçılarının hamısı həbs edilməlidir. Onların hər şeyini müsadirə etmək lazımdır ki, bu kasıbların necə yaşadıqlarını başa düşsünlər. Onlar lotu deyil, başqalarından ağıllı, savadlı deyil”.

1
Unikal.org